Cəzaçəkmə müəssisəsində silahlı insident - Bakıda

media-hightechnic-468x90

Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib: “Əsgərlərdən birinin əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05