CHP başqanını döyən şəxs ifadə verib

media-hightechnic-468x90

bn vbnvngfCHP başqanı Kamal Klıcdaroğluna hücum edən Orhan Övet terrorla mübarizə idarəsində ilk ifadəsini verib.

Verdiyi ifadədə Orhan Övet Kamal Klıcdaroğlunun siyasi görüşlərini bəyənmədiyini və bunun üçün də onu yumruqladığını deyib. O, Klıcdaroğlunun ölkə əleyhinə çalışdığı düşüncəsində olduğunu, CHP başqanının baş nazir və hökumət əleyhinə açıqlamalarını qəbul edə bilmədiyini qeyd edib.

Orhan Övet heç kimdən təlimat almadığını və heç bir təşkilatla bağlılığı olmadığını da deyib. O, CHP-li iki millət vəkillərindən şikayətçi olduğunu bildirib.

O. Övet verdiyi ifadədə bildirir ki, polislər onun qolunu qandallayandan sonra iki CHP-li millət vəkili onu sorğu-suala tutublar. Hətta millət vəkillərindən biri onu iki dəfə vurub. Bundan başqa, Övet TBMM-nin qapalı avtomobil dayanacağında da bir qrup insan tərəfindən döyüldüyünü iddia edib.

O.Övet onu vuranların tapılmasını istəyib.

1986-cı il təvəllüdlü O.Övet bu gün terrorla mübarizə idarəsində ifadəsi alındıqdan sonra məhkəməyə aparılıb(avropa.info).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600