CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat keçirildi

media-hightechnic-468x90

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı başlanılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat keçirilib.

media-banner_tuq

Yenicag.az “Report”-un “TRT Haber”ə istinadən xəbərə əsasən bildirir ki, əməliyyatlar İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada həyata keçirilib.

Əməliyyat zamanı 13 şübhəli saxlanılıb. Onların yaşadıqları ünvanlarda axtarış aparılıb və bəzi materiallar götürülüb.

Saxlanılan şəxslər “Siyasi Partiyalar Qanununu pozma”, “rüşvət alma” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” kimi cinayətlərdə şübhəli bilinir.

Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05