Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd inzibati dairəsi üzrə nümayəndəliyində müşavirə keçirib.
Yenicag.az xəbər verir ki, tədbirdə yerli icra hakimiyyəti, bələdiyyələr və sahilboyu iaşə obyektlərinin nümayəndələri iştirak ediblər.
Müşavirədə çimərliklərin vəziyyəti, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Tədbirdə rayon ərazisindəki çimərliklərdə keçirilmiş monitorinqin nəticələri və mövcud vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılıb, cari problemlər təhlil olunub.
www.yenicag.az