!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Çimərliyə giriş pulsuzdur" yazılmalıdır - Görməyəndə zəng edin

!Reklam – Yazi

“Dünən Şəhər Ticarət və Xidmət Departamentinin əməkdaşları Şıx və Hövsan qəsəbəsində 9 çimərlikdə reyd keçiriblər”.

Bu barədə Yenicag.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbut katibi İsrafil Kərimov məlumat verib.

“Reydlər zamanı 1 şlaqbaum, 1 darvaza götürülüb və bir zəncir çıxarılıb. Çimərlik sahiblərinə xəbərdarlıq edilib. Onlara bildirilib ki, “Çimərliyə giriş pulsuzdur” lövhələrindən istifadə etsinlər”, – deyə Kərimov əlavə edib.

Onun sözlərinə görə, bu gün Novxanı, Pirşağı, Buzovna, Bilgəh çimərliklərindən reydlər keçirilib. Reydlərin nəticəsi barədə mətbuata məlumat veriləcək.

Həmçinin qeyd edək ki, məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb və vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng edib məlumat verə bilərlər.

COP29

www.yenicag.az

6046
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv