Çin koronavirusun mənşəyi ilə bağlı araşdırmaya ÜST-ü dəvət etməyib

media-hightechnic-468x90

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirus infeksiyasının mənşəyi ilə bağlı araşdırmada iştirak etmək üçün Çinə müraciət etsələr də, rəsmi Pekin onların müraciətini cavabsız qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə “Sky News” telekanalına verdiyi müsahibədə ÜST-nin Çindəki nümayəndəsi Qauden Qalea məlumat verib.

“Ölkə daxilində araşdırma aparılsa da, biz bu araşdırmada iştirak üçün dəvət edilmədik. ÜST, səhiyyə komitəsinə və hökumət orqanlarına sorğu göndərir. Heyvanlar və insanlar arasında koronavirusun yayılmasını öyrənmək üçün virusun mənşəyi çox vacibdir. Koronavirusun yenidən yayılmasının qarşısını almaq üçün mümkün qədər çox məlumat əldə etməliyik”-deyə, o bildirib.

Onun sözlərinə görə, bütün mövcud məlumatları nəzərə alaraq, ÜST virusun heyvan mənşəli olduğuna və insanlar tərəfindən yaradılmadığına əmindir.

Qauden, Çinin pandemiyanın başlanğıcdan etibarən təşkilata tamamilə düzgün məlumat vermədiyini də istisna etməyib. Nümunə olaraq bildirib ki, yanvarın 3-dən 16-dək Vuhanda koronavirusun yayılmasının sürətləndiyi zaman Çin hökuməti 41 yoluxmanın qeydə alındığını açıqlayıb.

“Bu müddət ərzində cəmi 41 hadisə olması mümkündürmü? Mən belə düşünmürəm. Belə bir epidemiya ilə rəqəmin 41 halda dəyişməyəcəyi ehtimalı az idi. Başqa hallar varmı? Bu, Çinin cavab verməli olduğu sualdır”.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600