!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin Rusiyadan da texnologiya oğurlayır

!Reklam – Yazi

Dünyanın silah bazarında ciddi yarış gedir. Ən böyük silah və hərbi texnika istehsal edən ölkələr bu yarışda geri qalmaq istəmirlər. Bu sırada Rusiya da var. Rusiyada iqtisadi və sosial problemlərin həlli müxtəlif səbəblərdən mürəkkəb olsa da, bu ölkənin hərbi-sənaye kompleksinin inkişafında artım dinamikası var. Bir çox ölkəni Rusiyanın istehsal etdiyi C-400 raketləri maraqlandırır. Məsələn, tarixdə ildə dəfə olaraq Rusiya NATO üzvü olan ölkəyə – Türkiyəyə bu raketləri satdı.

Növbədə Hindistandır. Bu ölkədə də Rusiyadan müasir raket komplekslərini almağa hazırlaşır. Hindistan C-400 raket komplekslərinə görə Rusiyaya 5 milyard dollar ödəməyi boyun olub və bu məbləğin 800 milyon dolları ötən il ödənilb.

Rusiyadan C-400 raketini almaq istəyən dövlətlər arasında Çin də var. Son 20 ildə Çin Rusiyanın əsas strateji tərəfdaşlarından birinə çevrilib. Geosiyasi məsələlərdə bu iki dövlətin mövqeləri üst-üstə düşür. BMT Təhlükəsizlik Şurasının 5 üzv dövlətindən ikisi olan Rusiya və Çin bu beynəlxalq təşkilatda da bir-birlərinə dəstək verir, ABŞ və Avropa dövlətlərinin müxtəlif qətnamələrini birgə bloklayırlar.

Çin də Türkiyə kimi Rusiyadan C-400 raketlərini almaq istəyib. Bir neçə il danışıqlar gedib. Ancaq hazırda danışıqların düyünə düşdüyünə dair xəbərlər var. Raketlərin satışının gecikməsi maliyyə ilə əlaqəli deyil. Buna səbəb Çinin tərəfdaş saydığı Rusiya ərazisində kəşfiyyat işlərini genişləndirməsidir. Bu ilin iyun ayında Sankt-Peterburq Elmi Akademiyasının 78 yaşlı akademiki Valeriy Mutko həbs olunub. Rusiyalı alim ölkəsində gizli şəkildə təcrübəsi davam edən modern silahları haqqında məlumatlar illərdir Çinə ötürümüş. Həmin alim vətən xəyanət maddəsi ilə həbs olunub.

Bu hadisə Rusiyanın hakim siyasi elitasında geniş rezonans doğurub. Çin Amerikada kəşfiyyat çalışmalarını genişləndirəndə və buna görə Vaşinqton Pekini ittiham edəndə Rusiyada buna əhəmiyyət vermirdilər. Düşünürdülər ki, Çin Amerikanı özünə rəqib görür və bir ölkənin rəqib saydığı ölkədən elmi və kəşfiyyat məlumatlarının oğurlanması adi haldır. Ancaq əgər Çinin müvafiq stukturları strateji tərəfdaş saydığı Rusiyadan da elmi və kəşfiyyat məlumatları oğurlayırlarsa, deməli Amerikaya olduğu kimi Rusiyaya da Çindən təhlükə realdır.
Görünür, Çin Rusiyadan müasir silahlar almaqdansa həmin silahların texnologiyasını oğurlamaqda maraqlıdır. Çin bu halda həmin silahları özü istehsal edəcək. Necə ki, Çin digər istehsal sahələrini də başqalarının texnologiyalarını müxtəlif yollarla əldə etmək hesabına reallaşdırır.

Bu arada, rəsmi Dehli də Hindistan ərazisində fəaliyyət göstərən Çinin informasiya texnologiyaları sahəsində çalışan şirkətlərinə və mobil əlavələrinə qarşı qadağa tətbiq edib. Digər dövlətlər kimi Hindistan da həmin şirkətlərin Çin tərəfindən kəşfiyyat məqsədləri ilə istifadə edildiyindən şübhələnir.

.“Atlas” Araşdırmalar Mərkəzi

COP29

www.yenicag.az

761
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv