Şərq və Qərb arasında bir növ “silah döyüşü”nü xatırladan S-400 havadan müdafiə sistemlərinin Çin ordusunda həyata keçirilən sınaq mərhələsi başa çatıb.
Yenicag.az xəbər verir ki, bu raket komplekslərinin ilk idxalçısı olan Çin silahları hələ keçən ilin dekabr ayında uğurla testdən çıxarıb.
Sınaqların uğurla həyata keçirildiyini bidirən Çin tərəfi artıq sənədləmə işlərinin tamamlanması üçün artıq hər hansı bir prolemin qalmadığını bildirib.
Qeyd edək ki, Çin S-400 havadan müdafiə sistemlərinin ilk alıcısıdır. Çin tərəfi iki ədəd havadan müdafiə sistemlərinin quraşdırılmasını planlayır.
www.yenicag.az