Çin Sakit okeanda hərbi baza yaradır? - ABŞ KƏŞFİYYATI

media-hightechnic-468x90

Çin Sakit okeanda, Vanuatu ada-dövlətinin ərazisində hərbi dəniz baza yaratmağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən “The Sydney Morning Herald” məlumat yayıb.

Nəşr qeyd edir ki, baza Avstraliya sahillərindən 2 min kilometrdə yerləşəcək və Çinin regionda strateji güc balansını dəyişəcək. Eyni zamanda Pekin və Vaşinqton arasında qarşıdurma riski artacaq.

Beləliklə, ABŞ Okeaniya ölkələrində Çinin təsirinin güclənməsindən narahat olduğunu biruzə verir.

Zaur H.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa