Çinin “Air China” aviaşirkətinin təyyarəsi Belarusda qəza enişi edib.
Yenicag.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin “Tvitter” səhifəsində məlumat yayılıb.
Nazirliyin yaydığı məlumatda bunlar qeyd olunub: “7:20-də təyyarə uğurla bizim hava limanımızda enib. Belarus FHN-nə yardım üçün sorğu göndərilməyib”.
Məlumata görə, təyyarə Barselonadan Şanxaya uçurmuş. “Air China”nın Minsk aeroportundakı nümayəndəliyindən bildiriblər ki, “gözlənilməyən vəziyyət baş verib, təyyarə qəza enişi edib”.
www.yenicag.az