!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çinarə Rüstəmzadə: Biz və qiymətlərimiz

!Reklam – Yazi

10708182_757307291001241_1650310490_nKimik ki biz?
Avtobus sürücüsü üçün 20 qəpik.
Əgər səni dayanacaqdan götürməsə, dərsə və ya işə gecikdiyin üçün deyil, 20 qəpik itirdiyi üçün üzülər.
Taksi sürücüsü üçün hər km 70 qəpik olan yol.
Artan hər km üçün 70-cə qəpik.
Azərcell, Bakcell üçün 1 dəqiqəsi 3 qəpik. Təsəvvür edirsən, 3 qəpik?
Həkim üçün- maaşsan, dərman firmalarından gələn faizsən, rüşvətsən.
Saç ustalarımız üçün – 15-20 azn.
İşləmirsənsə, evlərin təmizliyi, bişirdiyin yeməklərin qiymətindəsən.
İşləyirsənsə, müdirin verdiyi əməkhaqqı qədərsən.
Fahişəsənsə orqazmın qiyməti nə qədərdirsə o qədər.
İtdən, pişikdən, quşdan danışmıram. Bizdən danışıram.
Səndən. Məndən. Onlardan.
Maddi dünyamı, mənəvi dünyamı?
Yoxsa elə dünyanın sadəcə özümü? Əlimizdə bayraq, “mənəvi dünyam” deyə gəzirik. Əgər nəticə sadəcə madiyyata bağlanırsa
1.Həyatdan küsməyin
2. “Keep calm and earn lots of money”. (Sakit olun və çoxlu pul qazanın)
Başqa alternativiniz varsa, buyurun.

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv