Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Cinayətin üstünü tutuquşu açdı

Türkiyədə tutuquşu oğurluq hadisəsinin üstünün açılmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, Alanyada oğurladıqları iddia edilən “Yaqub” adlı tutuquşunu qonşularına hədiyyə edən 3 kişi buna peşman olub. Hər şey həmin qonşunun sözügedən tutuquşunun sosial şəbəkədə danışarkən videosunu paylaşmasından sonra baş verib. Sürətlə yayılan video quşun əvvəlki sahibinin tanışlarının da qarşısına çıxıb və onlar dərhal bu barədə polisə məlumat veriblər. Aparılan əməliyyat nəticəsində tezliklə oğurluq hadisəsinin üstü açılıb və oğrular həbs olunublar.

Məlum olub ki, həmin 3 şəxs tutuquşunu bir iş yerindən götürüblər. Onlar həmin ofisdən bir televizor və avtomobil də oğurlayıblar. İstintaq nəticəsində həmin oğruların başqa iş yerlərindən də müxtəlif oğurluqlar etməsinin üstü açılıb.

www.yenicag.az

1180