“Qadınlar və gənclərlə bağlı siyasətləri hazırlayarkən sağlam bir gələcəyi nəzərə almalı, iqlim dəyişikliyi ilə bağlı bütün siyasətlərimizdə buna önəm verməliyik”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyə nümayəndə heyətinin üzvü, tibb həkimi və ictimai səhiyyə eksperti Prof. Dr. Emine Didem Evci Kiraz deyib.
O, açıqlamasında tədbirə qatılmasına şərait yaratdığı üçün UNFPA Türkiyəyə təşəkkür edərək, Azərbaycanın inkişafına və gözəlliklərinə heyranlığını ifadə edib.
“Bu, mənim Azərbaycana ikinci səfərimdir. 2005-ci ildən bu yana ölkənin çox inkişaf etdiyini və möhtəşəm mənzərəyə sahib olduğunu görmək məni sevindirir. Biz sağlamlığı bütün siyasətlərin mərkəzinə qoymalıyıq. Qadınlar və gənclərlə bağlı siyasətləri hazırlayarkən sağlam bir gələcəyi nəzərə almalı, iqlim dəyişikliyi ilə bağlı bütün siyasətlərimizdə buna önəm verməliyik”, – deyə o çıxışını tamamlayıb.
Ətraflı videomaterialda:
Məsimə Məmmədova
Samir Məcidov
www.yenicag.az