Çövkən üzrə Prezident Kuboku keçiriləcək

media-hightechnic-468x90

Dekabrın 16-da Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kubokuna start veriləcək.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 5 komandanın iştirakı ilə təşkil olunacaq turnirdə ümumilikdə 12 oyun keçiriləcək.

Püşkün nəticələrinə əsasən, qrupda komandaların yerləşməsi və gündəlik oyun cədvəli bəlli olub. Turnirin təntənəli açılış mərasimində musiqili proqram və iştirakçıların atla paradı keçirilib.

İlk oyun günündə “Sərhədçi-Dilbaz” komandası ilə “Polad” qarşılaşacaq. Günün digər matçında isə “Sərhədçi-Qarabağ” “Buta Qolden”i sınağa çəkəcək.

Qeyd edək ki, turnir dekabrın 16, 17, 18, 20 və 22-də qrup oyunları, 24-də isə final mərhələsi ilə davam edəcək. Bütün görüşlər Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600