Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Çox "xod" gedirsən, sənin də ipini yığan tapılar" - Meyxanaçı Samirə kimə meydan oxudu?

“Taclı koronasan, nəsən bilmirəm, amma taçını başından endirib, şişlərini gözünə soxaram”.

Yenicag.az-a açıqlama verən meyxanaçı Samirə Yusifqızı hər kəsi təşvişə salan koronavirusa meydan oxuyub.

Sənətçi koronavirusu “ifritə qadın” adlandırıb:

“İfritə qadın, deyilənə görə mutasiya edib, artıb-çoxalırsan. Ay ifritə, çox “xod” gedirsən, sənin də ipini yığan tapılar. Qabağına çıxanı məhv edirsən, amma tacını başından salan tapılar. Belə də ki, mən özüm taclı kraliçayam, qabağımda at oynada bilməzsən”.

Sənətçi bununla belə ehtiyatını da əldən vermədiyini deyib:

“Nə gizlədim, bu taclı ifritədən ehtiyat da edirəm. Burdan onu hədələsəm də, qorxuram, bayıra çıxmıram. Deyirəm gəlib məni tutar, tacımı da başımdan salar. Amma inanıram ki, onun tacını endirib, kürəyinə şəlləyib, bu dünyadan ilim-ilim itirəcəklər ki, biz də rahat nəfəs alaq. Oturmuşuq evdə, sənə görə toya, məclisə də gedə bilmirik”.

Cəvahir

Loading...

www.yenicag.az

1455
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100