Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Cüdoçularımız Avropa Kubokunda birinci olub

Reklam: Sinerji Pro

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna yekun vurulub.

Yeniçağ.Az Apasport.az-a istinadən xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

+90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Adil Kərimli yalnız final görüşündə qələbəni əldən verib və gümüş medala layiq görülüb. 73 kq çəki dərəcəsində çıxış edən Vüsal Şamilov isə 7-ci olub.

Bununla, 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq, Azərbaycan millisi komanda hesabında Avropa kubokunda birinci olub.

Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunurdu.

Yeniçağ.Az

www.yenicag.az

465