Cüdoçularımız Sankt-Peterburqdan 3 medalla qayıdır

media-hightechnic-468x90

Rusiyanın Sankt-Peterburq şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib.

Yeniçağ.Az Apasport.az-a istinadən xəbər verir ki, mötəbər turnirdə Azərbaycan millisi 3 medal qazanıb.

Ölkəmizi beynəlxalq yarışda təmsil edən Natiq Qurbanlı (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Gənc cüdoçularımız Kəramət Hüseynov (60 kq) və Musa Şəkərəliyev (100 kq) isə Avropa kubokunun bürünc medallarına sahib olublar.

Qeyd edək ki, beynəlxalq yarışda qitənin 17 ölkəsindən 290 cüdoçu (200 oğlan, 90 qız) mübarizə aparıb.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa