!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüdoçumuz Azərbaycana qızıl medal qazandırdı

!Reklam – Yazi

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib. Oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb.

Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb.

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.

Yenicag.az

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv