Dağıstanda Azərbaycan vətəndaşlarının ölüm səbəbi açıqlandı

media-hightechnic-468x90

Rusiyanın Dağıstan Respublikası üzrə İstintaq Komitəsi tikinti işləri zamanı yüksəklikdən yıxılan üç azərbaycanlı fəhlənin ölüm faktı üzrə yoxlama aparıb.

Yenicag.az xəbər verir ki, Komitənin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşları hündürlükdə işləyən zaman texniki təhlükəsizlik qaydalarını pozaraq sığorta kəmərindən istifadə etməyiblər.

İstintaq müəyyən edib ki, onların üzərində olduqları iş platformasının trosu qırılıb və sürüşmə baş verib. Bu zaman yüksəklikdən yerə yıxılan fəhlələr aldıqları xəsarətlərdən oradaca keçiniblər.

Aparılan yoxlamaların nəticələrinə əsasən, prosessul qərar qəbul olunacaq.

Ölən fəhlələrin cəsədləri oktyabrın 23-də Dərbəndin Salman küçəsində tikilməkdə olan binanın yanında aşkar olunub./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600