Dağlıq Qarabağ münaqişəsi Riqada müzakirəyə çıxarılacaq

media-hightechnic-468x90

732ec76753bb71ef94ff16cca80181e7Azərbaycan və Ermənistan tərəfi 21-22 may tarixlərində Latviyanın paytaxtı Riqada baş tutacaq “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

“Sammit çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya ya Azərbaycan və Ermənistan prezidentlərinin, ya da iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edəcək”, – deyə Aİ rəsmisi qeyd edib.

O bildirib ki, münaqişənin həllinə qədər ATƏT-in Minsk Qrupunun formatı dəyişməyəcək.

“Biz amerikanlı, rus və fransız həmkarlarımızın münaqişənin həllinə dair səylərinə inanırıq. Təəssüf ki, bu, çox çətin prosesdir”, – deyə Aİ nümayəndəsi vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600