“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün İstanbuldan Bakıya çarter reysi yerinə yetirib. Həmin reyslə 106 nəfər vətəndaşımız Azərbaycana çatdırılıb.
Yenicag.az AZAL-a istinadən xəbər verir ki, eyni zamanda, bu gün səhər saatlarında AZAL-ın təyyarəsi ilə 69 sərnişin Londondan Bakıya gətirilib.
Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
www.yenicag.az