Daha bir rus təyyarəsi azərbaycanlıları xilas etdi

media-hightechnic-468x90

506ad1f4990fd3d524323b0929e69f2aGöyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu daha bir Rusiya təyyarəsi Moskvaya enib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, təyyarədə Yəməndən Cibutiyə aparılan Rusiya Hərbi Dəniz Donanmasının “Priazovıye” gəmisində olan 140 vətəndaş olub.

Bu, sön 2 həftə ərzində 8-ci, son sutka ərzində 3-cü reysdir. “Tu-154” təyyarəsi Moskva vaxtı ilə saat 11.10-da enib və Rusiya, Ukrayna, Azərbaycan, Estoniya, Özbəkistan, Türkmənistan, Belarus və Somali vətəndaşlarını Moskvaya çatdırıb.

Onların hamısı tibbi, pasport və gömrük yoxlanışından keçəcək, daha sonra Rusiya Xarici İşlər Nazirliyinin evakuasiya məntəqəsinə gətiriləcəklər. Orada onları öz ölkələrinin nümayəndələri gözləyəcək.

Daha öncə Rusiya Hərbi Dəniz Donanmasının “Priazovıye” gəmisi Yəmənin Ədən şəhərində 19 ölkənin 308 vətəndaşını evakuasiya edib

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600