Daha bir taekvondoçumuz Cənubi Koreyada medal qazandı

media-hightechnic-468x90

Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından Yenicag.az-a verilən məlumata görə, G4 kateqoriyalı beynəlxalq turnirin ikinci günündə Əbülfəz Abuzərli (80 kiloqram, K-44) fəxri kürsüyə yüksəlib.

Yığma üzvü bürünc medala yiyələnib. Bununla da, komandanın turnirdə qazandığı mükafat sayı ikiyə çatıb. Abuzərlidən əvvəl İmaməddin Xəlilov (70 kiloqram, K-44) çempion tituluna sahib olub.
Qeyd edək ki, parataekvondo yığmamız Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600