Paytaxtın Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsinə qədər avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.
Qeyd edilir ki, A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.
www.yenicag.az