Daha iki avtomobil toqquşdu-Foto

media-hightechnic-468x90

11276851536a1c0bb61791774e4d5444Bakının Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Hadisə Neftçilər prospektində qeydə alınıb. Qəza zamanı “Toyota Land Cruiser” və “Toyota Camry” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota Camry”nin sürücüsü yüngül bədən xəsarəti alıb.

Olay yerinə təcili yardım çağırılıb. Yaralıya ilkin müdaxilə edilib və o, dərhal 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

İlkin araşdırma zamanı qəzaya “Toyota Land Cruiser”ın sürücüsünün səbəb olduğu müəyyənləşib. Hər iki avtomobil evakuator vasitəsilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600