Danimarkada Quran və türk bayrağı YANDIRILDI

media-hightechnic-468x90

Danimarkada növbəti dəfə Quran və türk bayrağına qarşı təxribat xarakterli hücum olub.

Yenicag.az xəbər verir ki, Danimarkada islamofob və ultra-millətçi olan Patrioterne Gar Live (Patriots Live) adlı marjinal qrupun üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağını və “Qurani-Kərim” kitabı yandırıb.

İslam əleyhinə pankartlar açan, İslamı təhqir edən şüarlar səsləndirən, Türkiyə bayrağına hörmətsizliklə hücum edən təxribatçı həmin anları sosial şəbəkə hesabında paylaşıb.

Hadisə yerinə polis cəlb olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600