!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşqınlar nəticəsində ölənlərin sayı 774-ə çatdı – Hindistanda

!Reklam – Yazi

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 774 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, təbii fəlakət daha çox cənubdakı Kerala ştatına ziyan vurub. Bu ştatda 187 nəfər ölüb, 15,6 mindən artıq insan təxliyə edilib və ştatda xəsarət alanlara təcili yardım göstərilməsi üçün 500-dən artıq məntəqə açılıb.

Siyahıda sonrakı yerlərdə Uttar-Pradeş (171 ölü), Qərbi Benqal (170 ölü) və Maharaştra (139 ölü) ştatları gəlir.

Məlumata görə, leysan yağışların səbəb olduğu hadisələr nəticəsində yeddi ştatda ümumilikdə təxminən 250 nəfər xəsarət alıb, 30-dan çox adam isə itkin düşmüş hesab edilir.

Təxliyə və təcili yardım işlərini ordu, hərbi-dəniz qüvvələri, hərbi-hava qüvvələri, sahil mühafizəsi və təbii fəlakətlərə milli reaksiya qüvvələri həyata keçirir.

COP29

www.yenicag.az

3907
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv