Davudoğludan Klıcdaroğluna sərt sözlər: “Mən səni adam saymıram”

media-hightechnic-468x90

33059Türkiyədə CHP lideri Kamal Klıcdaroğlunun xanım nazir Səma Ramazanoğlunu təhqir etməsi baş nazir Əhməd Davudoğlunun qəzəbinə səbəb olub.

Davudoğlu Klıcdaroğlunu insan saymadığını deyib.

“Siyasi həyatın əsası əxlaqdır, üsluba diqqətdir. Kılıçdaroğlu böyük səhv etdi. Ailə və Sosial Siyasəti naziri olan xanım nazirimiz Ramazanoğlu çox dəyərli bir xanımdır. Klıcdaroğlunun ona qarşı söylədikləri, siyasətçini bir tərəfə qoyun, bir insanın dilinə gətirməyəcəyi sözlərdir.

Bütün bunlardan sonra, Klıcdaroğlu deyir ki, mənə adam kimi cavab versinlər. Adam olana adam kimi cavab verərlər. Mən onu adam saymıram” deyə Davudoğlu qeyd edib.(avropa.info)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa