Daxili işlər orqanlarında – Yeni təyinatlar

media-hightechnic-468x90

de1c28184ab474c0c27b7a8df03e483fAzərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

Report-un xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov vəzifəsindən azad edilərək Yasamal RPİ-də 26-cı PB-nin rəisi təyin edilib.

Binəqədi 6-cı PB-nin rəis müavini, polis mayoru Ramil Cəbiyev isə vəzifəsindən azad edilərək Binəqədi RPİ-də 40-cı PB-nin rəisi təyin olunub.

Qeyd edək ki, Yasamal RPİ 26-cı PB-nin əvvəlki rəisi polis mayoru Murad Hüseynov Xəzər RPİ 1-ci PB-nin rəisi vəzifəsində çalışır.

Xatırladaq ki, bundan əvvəl polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə rəis təyin edilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600