Dünya çempionatında bu gün daha 3 qarşılaşma baş tutub.
Yenicag.az xəbər verir ki, günün ilk oyununda F qrupunda mübarizə aparan İsveç və Cənubi Koreya milliləri üz-üzə gəlib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Matçın 65-ci dəqiqəsində Andreas Qrankvistin penaltidən vurduğu qol İsveçə minimal hesablı qələbə qazandırıb.
G qrupu çərçivəsində keçirilən qarşılaşmalarda isə Belçika Panamanı, İngiltərə də Tunisi sınağa çəkib. Belçikalılar DÇ-nin debütantını 3 cavabsız qolla yeniblər. Amma İngiltərə Tunisi çox çətinliklə məğlub edib.
18 iyun
F qrupu
İsveç – Cənubi Koreya – 1:0
Qol:Andreas Qrankvist, 65 (pen)
Nijni Novqorod. Şəhər stadionu
G qrupu
Belçika – Panama 3:0
Qollar: Dris Mertens, 47. Romelu Lukaku, 69; 75.
Soçi. “Fişt” stadionu
Tunis – İngiltərə 1:2
Qollar: Feryani Sassi, 35-pen – Harri Keyn, 11; 90+1.
Volqoqrad. “Volqoqrad Arena”
www.yenicag.az