Bu gün Rusiyada keçirilən dünya çempionatında növbəti finalçının adı məlum olub.
Yenicag.az xəbər verir ki, həlledici görüşdə İngiltərə və Xorvatiya milliləri üz-üzə gəlib.
Qeyd edək ki, qalib gələn komanda finalda Fransa ilə qarşılaşacaqdı. Qarşılaşmada hesabı ingilislər açsa da, sonda sevinən xorvatlar olublar. 2:1 hesabıyla qalib gələn Xorvatiya yığması finala yüksəlib.
DÇ-2018
Yarımfinal
11 iyul
22:00. Xorvatiya – İngiltərə 2:1
Qollar: İvan Perişiç, 68. Mario Mandzukiç, 109 – Kiran Trippyer, 5.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Moskva. “Lujniki”
www.yenicag.az