Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

DÇ-2022: Serbiya – Azərbaycan matçında üçüncü qol vuruldu

Reklam: Sinerji Pro

Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda 3-cü qol vurulub.

53-cü dəqiqədə dubl edən Duşan Vlahoviç komandasını hesabda önə keçirib – 2:1

***

Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.

İlk hissəsnin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərap edib.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

***

Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.

30-cu dəqiqədə meydan sahiblərinin heyətində Duşan Vlahoviç penaltidən fərqlənib – 1:0.

***

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belqraddakı Rayko Mitiç stadionunda Serbiya – Azərbaycan oyunu başlayıb.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu Belçikadan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Erik Lambrextsdir. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edirlər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirir.

Matçın VAR hakimi Laurens Visser, onun köməkçisi Conatan Landotdur.

***

DÇ-2022-nin seçmə oyununda üz-üzə gələcək Serbiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

Serbiya: 12. Predraq Raykoviç, 4. Miloş Velkoviç, 5. Matiya Nastasiç, 11. Luka Yoviç, 13. Stefan Mitroviç, 16. Saşa Lukiç, 17. Filip Kostiç, 18. Duşan Vlahoviç, 20. Sergey Milinkoviç-Saviç, 21. Marko Qruyiç, 22. Darko Lazoviç.

Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Mile Svilar, 2. Uroş Raçiç, 3. Filip Mladenoviç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel, 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 15. Uroş Spayiç, 19. Mihaylo Ristiç.

Baş məşqçi: Draqan Stoykoviç

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Araz Abdullayev.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 20. Mert Çelik, 22. Bəxtiyar Həsənalızadə.

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

***

Qətərdə keçiriləcək 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti qarşılaşmalar baş tutacaq.

Günün Bakı vaxtı ilə 18:00-da başlayacaq ilk qarşılaşmasında Qazaxıstan millisi Astanada Finlandiya millisini qonaq edəcək. Bu görüşdə qələbə hər iki komanda üçün qrup ikinciliyi şanslarını qorumaq üçün önəm daşıyır. Beş komandanın yer aldığı D qrupunda 3 xalla Qazaxıstan sonuncu, bir oyun az keçirən Finlandiya 5 xalla dördüncüdür.

Qrupun 22:45-də başlayan digər oyununda isə Ukrayna millisi Bosniyanı qonaq edəcək. Beş oyuna 6 xal toplayan qonaqlar qalib gələcəyi halda altı oyundan 8 xalı olan meydan sahiblərini geridə qoyacaq. Qrupa 12 xalla Fransa başçılıq edir.

Oktyabrın 12-də Azərbaycan millisi də A qrupunda növbəti görüşünü keçirəcək. 1 xalla qrup sonuncusu olan yığmamız səfərdə 14 xalla qrup lideri olan Serbiyanın qonağı olacaq. Qrupumuzda keçiriləcək digər oyunda Portuqaliya (13 xal) üçüncü pillənin sahibi Lüksemburq (6 xal) seçməsini qəbul edəcək. Beş komandalıq qrupda İrlandiya (5 xal) seçməsi bu gün oyun keçirməyəcək.

I qrupunda mübarizə aparan Albaniya və Polşa komandaları münasibətlərə Tiranadakı “Air Albania Stadium”da aydınlıq gətirəcəklər. 15 xalla qrup ikincisi olan Albaniya millisi 14 xala sahib rəqibi üzərində qələbə qazanmaqla həm də, Polşadakı 4:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Qrupun digər oyununda İngiltərə və Macarıstan komandaları üz-üzə gələcək. 19 xalla cədvələ başçılıq edən İngiltərə üstünlüyünü bir qədər də möhkəmləndirmək, 10 xalı olan Macarıstan isə ikincilik şansını qorumaq üçün meydana çıxacaq. Autsayderlərin mübarizəsində isə hələlik xalı olmayan San Marino seçməsi doğma meydanda 3 xalı olan Andorranı qonaq edəcək.

Avropa futbolu C qrupunda da gərgin mübarizəyə səhnə olacaq. Beş komandalıq qrupda hərəyə 5 xal toplayan Bolqarıstan və Şimali İrlandiya milliləri üz-üzə gələcək. Qrupun digər oyununda 11 xalla ikinci pillədə qərarlaşan İsveçrə 3 xalla sonuncu olan Litva ilə qarşılaşacaq. Bu oyunda ev sahibi Litva komandası səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Qrupun lideri İtaliya millisi (14 xal) bu tur mübarizə aparmayacaq.

F qrupunda yeddi oyuna maksimal nəticə göstərən və rəqib qapılarından 26 cavabsız top keçirən Danimarka millisi 10 xalla dördüncü pillədə qərarlaşan Avstriyanı qonaq edəcək. Meydan sahibləri səfərdə 0:4 hesabı ilə qalib gəldikləri Avstriyanı evdə də məğlub etməklə uğurlu seriyanı davam etdirməyə çalışacaq.

Qrupun digər oyununda isə 14 xalı olan ikinci pillənin sahibi Şotlandiya 4 xalla beşinci yerdə qərarlaşan Farer adalarını qəbul edəcək. 10 xala sahib İsrail millisi doğma meydanda autsayder Moldovanı (1 xal) qonaq edəcək.

B qrupu turnir cədvəlində qonşu olan komandaları üz-üzə gətirəcək. Dördüncü (4 xal) Kosovo Gürcüstanı (1 xal), ikinci İsveç (12 xal) üçüncü (9 xal) Yunanıstanı qəbul edəcək. Beş komandalıq qrupda lider İspaniya (13 xal) bu tur meydana çıxmayacaq.

www.yenicag.az

141
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100