!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dədə Süleymanın qızının ƏN BÖYÜK ARZUSU: “Atam bu dünyadan köçəndə…”

!Reklam – Yazi

“Doğulduğu və uşaqlıq illərinin ən gözəl xatirələrini yaşadığı Füzuli rayonunun Qoçəhmədli kəndi hər gecə atamın yuxusuna girirdi. Doğma torpağının düşmən tapdağından azad olunacağı günü görmək arzusu ilə yaşayırdı. Füzuli alınanda mənə dedi ki, qızım, mən artıq arzuma çatdım, öləndə gözüm arxada qalmayacaq. Atam bu dünyadan köçəndə xoşbəxt idi, çünki arzusuna çatmışdı”.

Bunu bu gün vəfatından 40 gün ötən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva Yenicag.az-a açıqlamasında deyib.

Aygün atası ilə bağlı ən böyük arzusunu da dilə gətirib:

“Seyid Şuşinskinin ən sevimli tələbələrindən biri Zeynəb Xanlarova və atam idi. Atam həmişə bunun qürurla söyləyirdi və hər zaman ustadının yolunu adına layiq şəkildə davam etdirirdi. Seyiddən öyrəndiklərini cavanlara öyrədirdi. Çox istəyirəm ki, Dədənin adı bu gün əbədiləşdirilsin… Hər kəsin Dədə deyib ehtiram bəstələdyi Seyid Şuşinski yadigarı olan atamın adına musiqi məktəbi açılsın. Gənclərimiz o musiqi məktəbində muğamın sirlərini öyrənsin, Azərbaycan musiqisini bütün dünyada təmsil və təbliğ etsinlər. Nə qədər muğamatımız yaşayır, Dədə Süleymanın da adı əbədi yaşayacaq. İnanıram ki,bu arzumuz yerinə yetiriləcək və Dədə Sülemanın adını daşıyan musiqi ocağı fəaliyyətə başlayacaq. O günü səbirsizliklə gözləyirik”.

Cəvahir

www.yenicag.az

1062
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv