Dəhşətli hadisə: Yanacaq tankeri partladı – 94 nəfər ölüb, çoxlu sayda yaralı var

media-hightechnic-468x90

Nigeriyanın şimalındakı Ciqava əyalətində yanacaq tankerinin partlaması nəticəsində 94 nəfər həlak olub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, partlayış hələ məlum olmayan səbəblərdən Ciqava əyalətindəki Kano-Hadeja yolunda baş verib. Bu barədə Ciqava əyalət polisinin sözçüsü Lavan Adamu bildirib.

Adamu qeyd edib ki, partlayış nəticəsində 94 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb.

Adamunun sözlərinə görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib, lakin ölənlərin sayının arta biləcəyi qorxusu var.

Səlahiyyətlilər hadisə yerinə yanğınsöndürmə briqadalarının göndərildiyini və hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

İsmayıl Bakuvi

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600