Xalq artisti KİMƏ SƏSLƏNDİ? – “Hələ kamera tutmağı öyrən, sonra özünə rejissor de”

media-hightechnic-468x90

“Misal var e, at ölüb, itlərin bayramıdır”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov deyib.

O, sosial şəbəkələrdə kiçik videoçarx çəkməklə özünü sənətkar sayan “rejissorlar”ı sərt tənqid atəşinə tutub.

İllərin sənətkarı belələrinin sənət aləmində meydan sulamasının səbəblərini açıqlayıb:

“Misal var, at ölüb, itlərin bayramıdır. Peşəkarlar qalıb kənarda; hər yerindən duran, hər əlinə kamera alan adam deyir rejissoram. Adama sual verərlər: sən haçan bu sənətin sirlərini öyrəndin, haçan normal bir film çəkib ortaya çıxardın ki, indi özünə rejissor deyirsən? Hələ bir o kamera tutmağı öyrən, sonra özünə operator, rejissor de. Hələ bu harasıdır, toyda video çəkən adam rejissor kimi film, serial çəkmək həvəsinə düşür. “TikTok”da, orada-burada bir video çəkib paylaşır, hamı da tərifləyir, bu da elə bilir dahi sənətkardır. Yetən yetənə özünə sənətkar deyir. Bunun bir günahı da Mədəniyyət və İncəsənət Universitetinin tədrisindədir. Ciddi sənət öyrənən gənc ciddi sənətlə də məşğul olar. Demək ki, tədrisdə də ciddi boşluqlar var”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05