Dəhşətli qəzanın videogörüntüləri yayıldı

media-hightechnic-468x90

shahbaz-qezaYenicag.az xəbər verir ki, Masallı-Yardımlı yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb. Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 44 yaşlı Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin, 40 yaşlı Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Məlumata görə, kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır. Bununla bağlı Bakıdan həkim briqadası dəvət olunub.

Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə onun bacısıdır.

Faktla bağlı araşdırmalara başlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600