Reklam: High Technic
hightechnic

Dəhşətli zəlzələ: 2 ölü, 125 yaralı, 39 itkin

Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. 125 nəfər xəsarət alıb, 39 nəfər itkin düşüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bunu hökumətin baş katibi Yosixide Suqa mətbuat konfransında bildirib.

Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb.

Xatırladaq ki, çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.

www.yenicag.az

2146