“Dəli Kür”ün Mələyinin DOĞUM GÜNÜDÜR: “Bundan böyük hədiyyə ola bilməz”
“Bağ mövsümü”, “Tütək səsi”, “İnsan məskən salır”, “Dantenin yubileyi”, “Dəli kür” və s… Azərbaycan kinosunda saysız-hesabsız yaddaqalan obrazlar yaradıb. Eyni zamanda fakturası ilə seçilib.
Əməkdar artist, tanınmış aktrisa “Dəli Kür”ün gözəl Mələyi Zemfira Sadıqovanın doğum günüdür.
Aktrisa təəssüratlarını Yenicag.az-la bölüşüb:
“Doğum günümü qeyd etmirəm. 86 yaşımı qeyd etməyə ehtiyac da yoxdur. Gecə saat 2-dən zənglər gəlir, hər kəs doğum günüm münasibəti ilə məni təbrik edir, xoş sözlər söyləyir. İnsanların sevgisini hiss etmək o qədər gözəldir ki… Aktrisa üçün bundan böyük hədiyyə nə ola bilər? Kino ilə bağlı arzularım tükənməzdir. Yeni, maraqlı, məzmunlu filmlərdə rol almaq. Allahdan özümə ən böyük arzum isə cansağlığıdır”.
Cəvahir