” Demək ki, gecələr hər kəs istədiyini edə bilər …”

media-hightechnic-468x90

ijujhjBöyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına sərt reaksiya verib.

Deputat nazirliyin bu açıqlamasını absurd adlandırıb. Millət vəkilinin “Facebook” səhifəsində bu haqda yazdığı statusu təqdim edirik:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Prezedentin ağacların kəsilməsi ilə bağlı çıxışına verilən reaksiyadakı absurda diqqət yetirin: “Ağacları gecələr kəsirlər…” Demək ki, gecələr hər kəs istədiyini edə bilər və qarşısını almaq mexanizmləri yoxdur. Bu məntiqlə gərək Müdafiə Nazirliyi açıqlama versin ki, ölkəyə düşmən gecə hücüm etdiyinə görə bir şey edə bilmədik. Daxili İşlər Nazirliyi açıqlasın ki, cinayət gecə baş verdiyinə görə aça bilmədik. Fövqəladə Hallar Nazirliyi bildirsin ki, yanğın gecə olduğuna görə söndürə bilmədik. Nazirlik bilməlidir ki, dövlət həyatında rast gəlinən qanunazidd əməllərin gecə və ya gündüz baş verməsi fərq etməz. Çünki insanlar 8 saat işləyirlər, dövlət isə 24 saat işləyir”(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600