!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

!Reklam – Yazi

Bununla əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

Belə ki, sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Eyni zamanda Qurban bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Yenicag.az

COP29

www.yenicag.az

1598
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv