Dəmir yolunda qiymətlər endirilib-Foto

media-hightechnic-468x90

89833“Azərbaycan Dəmir Yolları” QSC yeni daşıma siyasətini tətbiq edilməsinə start verir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Dəmir yolu rəhbərliyi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmir yolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib.

Azərbaycan dəmir yolu dəhlizinin fəaliyyəti alternativ koridorla müqayisə olunub və daha səmərəli təşkili üçün Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq aşağıdakı qərarlar alınıb:

Yük daşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya) və eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb.

Bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədi ilə mövcud tariflər aşağı salınıb. Verilmiş güzəştlər vaqon daşımalarında 35%-ə gədər, konteyner daşimalarinda isə 50%-ə qədərdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600