!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dənizdə işləyən 1000-ə yaxın işçi təxliyə edildi

!Reklam – Yazi

Bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi proqnozu səbəbindən SOCAR-ın dənizdə işləyən təxminən 1000-ə yaxın işçisi sahilə təxliyə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

“Hazırda dəniz platformaları və estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında FHN-nin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”, – deyə SOCAR rəsmisi bildirib.

COP29

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv