Deputat özünü atmaq istəyənlə görüşə gedir

media-hightechnic-468x90

teleqraf.com1408606057qen“Qənirə Paşayeva xəstədir, həkim nəzarəti altındadır. İşə çıxmır”.

Bunu  açıqlamasında millət vəkili Qənirə Paşayevanın köməkçisi “Koroğlu” dairəsindəki asma körpüyə çıxaraq özünü atmaq istəyən şəxsin tələblərinə münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, hazırda “Koroğlu” dairəsindəki asma körpüyə çıxaraq özünü atmaq istəy 40-45 yaşlı kişi icra hakimiyyəti ilə probleminin olduğunu bildirib. O, vurğulayıb ki, yalnız deputat Qənirə Paşayeva gələndən sonra fikirindən daşınacaq.

Köməkçisi isə bildirdi ki, Qənirə Paşayevanın səhhətində problemlər var: “Onun hazırda “Koroğlu” dairəsindəki asma körpüyə getməsi mümkün deyil. Hər halda biz bu barədə ona məlumat verərik”. P.S. Q.Paşayevanın köməkçisi təkrar  qeyd etdi ki, hadisə barədə millət vəkilinə məlumat verib: “Qənirə xanımın evinə zəng etdim. Dedi ki, əgər vəziyyət həqiqətən də ciddidirsə, müalicəsini yarımçıq qoyub ora gedəcək. Biz hazırda hadisə yerindəki şəxslərlə əlaqə saxlayırıq. İntihara cəhd edən şəxs tələbində israrlıdırsa, Qənirə xanım mütləq ora gedəcək”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600