!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat seçilən icra başçıları

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.

Yenicag.az Modern.az-a istinadla xəbər verir ki, 125 seçki dairəsi üzrə mübarizə aparan namizədlərdən indiki və keçmiş icra başçısı da bütün rəqiblərini üstələyir.

Belə ki, 112 saylı Zaqatala seçki dairəsindən Asif Əsgərov 80 faiz səslə öndədir. O, 2006-2009-cu illərdə Zaqatala rayonun, 2009-2015-ci illərdə Səbail Rayon İcra Hakimiyyətinin, 2015-ci ildən indiyə kimi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır.

Namizədliyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürülən Eyvaz Qurbanov isə 59.9 faiz səslə irəlidədir. O uzun müddət Oğuz rayonuna rəhbərlik edib. 2011-ci ildən 2024-cü ilin iyul ayına qədər Oğuz Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb.

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv