Deputatın biznes ortağının ölkədən çıxışına qadağa qoyulur

media-hightechnic-468x90
“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışı məhdudlaşdırılır.
Yenicag.az xəbər verir ki, “Azəraqrartikinti” ASC-də müxtəlif vəzifələrdə çalışan, iş adamı kimi tanınan Maqsud Əvəz oğlu Gülməmmədovun ölkədən çıxışı məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilib.
Müraciətin səbəbi isə Maqsud Gülməmmədovun 2 saylı Ərazi Vergilər Baş İdarəsinə külli miqdarda vergi borcunun olmasıdır.
Məhkəmə işinə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyev sədrliyi ilə baxılacaq./Qaynarinfo/
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa