Deputatın çənəsini qırdılar
Britanıya parlamentinin deputatı Corc Helluey döyülüb.
Daim antiIsrail çıxışları ilə gündəmdə olan deputata London küçələrinin birində hücum edilib.
Deputatın nümayəndəsi deyib ki, Heluey küçədə ona yaxınlaşan vətəndaşlarla şəkil çəkdirirmiş. Qəfildən bir nəfər ona hücum edib və deputatı vəhşicəsinə döyüb.
Çənəsi və qabırğaları qırılmış deputat xəstəxanaya çatdırılıb.
Polis deputatı döyməkdə şübhəli bilinən 39 yaşlı şəxsi həbs edib. Şahidlərin sözlərinə görə, o, Helueyə zərbə endirərkən “Holokost” çığırırmış. Bu isə hadisənin motivini aydınlaşdırır.