Deputatlığa namizəd Əhməd Şahidov öz seçicilərinə növbəti müraciətini etdi.
“Qax və Şəki arasında heç bir fərq qoymuram”.
113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax və Şəki sakinlərinə növbəti müraciətini yayınlayıb.
Qax və Şəki rayonlarında seçicilərlə görüşlərini davam etdirdiyini bildirən Əhməd Şahidov keçirdiyi görüşlərdə səslənən məsələləri bir-bir qeyd etdiyini və deputat seçiləcəyi təqdirdə həmin məsələlərin həllinə nail olacağını bildirib.
Milli Məclisdə Qax və Şəkini təmsil etməkdən qürur duyacağını qeyd edən Əhməd Şahidov bu iki rayon arasında heç bir fərq qoymadığını və gələcəkdə həm Qax, həm də Şəki sakinlərinin qayğılarını Parlamentdə qaldıracağını və daima sakinlərlə bir arada olacağını deyib.
Qax və Şəki rayonlarında görüşlərini davam etdirən Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə bütün sakinlərin fəal olmalarını istəyib.
www.yenicag.az