Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu yaxınlarda Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verilməsi istiqamətində işləri başa çatdırır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, qısa zamanda dayanacağın açılışı baş tutacaq.

Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq.

Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05