!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DGK indi də tələbələrin təqaüdlərini VERMİR: “Qohum və dostbazlıqla...”

!Reklam – Yazi

“Az-çox bu işlərin içindəyəm. Dövlət büdcəsi yeni təsdiq olundu, ona görə də banklarla hesablaşma və bölünmə proseslərinə görə gecikmələr mümkündür. Təqaüd məsələsinə gəldikdə isə təhsil sistemindəki problemləri hər kəs görür”.

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Dövlət Gömrük Komitəsində (DGK) tələbələrin təqaüdlərinin gecikməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirən MMP sədrinin sözlərinə görə, buna səbəb ölkədəki təhsil sisteminin bərbad fəaliyyət göstərməsidir.

“Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev təhsili batırdı. Görməmiş nəsil idilər, birinin əmisi haranınsa sədridir, qardaşının biri maliyyə nazirinin müavinidir, bir sözlə, qohum və dostbazlıqla təhsil sistemindəki vəziyyəti acınacaqlı hala gətiriblər. Komitədə işçilərin maaşlarındakı gecikmə bankla, köçürmə ilə əlaqəli ola bilər, lakin “avaraxana”ya çevirdikləri təhsildəki problem ömürboyu düzələcək deyil. Müəyyən qruplardır ki, Azərbaycanda xalqın inkişafını istəmirlər. Çox şey bilirəm, lakin hamısını deyə bilmirəm”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

76
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv