!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Diamed Co" zavodunun istehsal etdiyi şprislər beynəlxalq "Medinex" sərgisində - FOTOLAR/VİDEO

!Reklam – Yazi

Ölkəmizdə ilk şpris istehsalçısı olan “Diamed Co” zavodunun məhsulu Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisində nümayiş etdirilir.

Yenicag.az xəbər verir ki, bu gün “JW Marriott Absheron Baku” mehmanxanasında səhiyyə məhsulları istehsal edən onlarla şirkəti bir araya gətirən “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisi açılıb.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, deputat Musa Quliyev sərginin açılış mərasimində çıxışı zamanı “Diamed Co” zavodunun şpris istehsalını yüksək qiymətləndirib və tenderlərdə yerli istehsal olan şprislərə üstünlük verilməsinin məqsədəuyğun olduğunu bildirib.

Deputat Elman Nəsirov isə çıxışında qeyd edib ki, qeyri-neft sektorunun inkişafı nöqteyi-nəzərindən ölkədə şpris istehsalının həyata keçirilməsi təqdirəlayiqdir.

“Diamed” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva isə Yenicag.az-a açıqlamasında bildirib ki, zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya avadanlıqlarından istifadə olunur.

Müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac edilməsi də nəzərdə tutulur. Bu isə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və sayını artırmağa imkan verəcək.

Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib.

Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribütor və istehsalçılar tərəfindən təmsil olunub.

Gülşən Şərif

COP29

www.yenicag.az

2226
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv